29 May 2014 18:56
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazirə məlumat verən xidmətlər, ya zarafat edir, ya da Baş naziri aldadır”.

Axar.az xəbər verir ki, bu sözləri Fəthullah Gülənin vəkili Nurullah Albayrak Ərdoğanın Pensilavaniyada film çəkilir sözlərinə münasibət bildirərkən deyib:

"Mayın 28-də Baş nazir "Mənimlə əlaqədar Pensilvaniya yeni bir film çəkirmiş, prezident seçkisi öncəsi bu film hazır olacaqmış" deyib. Bildirirəm ki, müvəkkilim hörmətli Fətullah Gülən, ya da sevənləri tərəfindən Baş nazir, onun ailəsi haqqında hazırlanan, ya da hazırlanması ehtimal edilən bir film layihəsi olmadığı kimi bu haqda müzakirə də olmayıb. Baş nazirə məlumat verən xidmətlər onunla ya zarafat edir, ya da Baş naziri aldadır. Bu cür məlumatların siyasi alət olaraq istifadə edilməsi doğru deyil. İctimaiyyətə hörmət ilə xəbərdarlıq edirik".


Müəllif: