Pentaqon (ABŞ-ın Müdafiə Nazirliyi – red.) Rusiya ilə əməkdaşlıq üçün imkanları açıq saxlayır. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə Amerika baş hərbi idarəsinin rəsmi nümayəndəsi Piter Kuk bildirib.
“Biz harada mümkündür, orada da Moskva ilə danışıqlar aparırıq, necə ki, İranın nüvə proqramı ilə bağlı bu, mümkün oldu. Biz Rusiya ilə işləyəcəyik” – deyib Pentaqon rəsmisi.
Onun sözlərinə görə, ABŞ-ın müdafiə naziri Eşton Karter “Rusiyaya münasibətdə güclü və balanslı yanaşmanın” tərəfdarıdır. Bununla belə, o, Kremlin özünü aqressiv apardığını söyləyib. “Rusiyanın bütün dünyada elədiklərinin nəticəsində ABŞ öz imkanlarını daha da artırır” – Kuk əlavə edib.