Zamanı çatanda Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum ediləcək. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.
“Biz tədricən veto hüququnun məhdudlaşdırılmasına gələcəyik. Ola bilməz ki, hansısa bir ölkə özü də ona dəxli olan işlərdə bütün dünya ictimaiyyətinin mövqeyini tormozlasın. Biz buna bir anın içində nail olmayacağıq, ancaq birmənalı şəkildə bu yöndə işləyəcəyik. Biz buna doğru həm siyasi, həm də hüququ yolları görürük” – qeyd edib Klimkin.
Xatırladaq ki, az öncə Rusiya BMT Təhlükəsizlik Şurasında Donbasda vurularaq salınmış Malayziya sərnişin təyyarəsi ilə bağlı beynəlxalq tribunal yaradıkamasını özünün veto hüququndan istifadə edərək əngəlləmişdi. Bunun ardınca Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Rusiyanı veto hüququndan məhrum olunması üçün BMT Nizamnaməsinə dəyişiklik təklif eləmişdi.