"ABŞ ilə Türkiyə arasında İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı qarşı mübarizə ilə bağlı danışıqları başa çatıb".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Piter Kuk açıqlayıb. Onun sözlərinə görə, Türkiyə İŞİD ilə mübarizədə koalisiyanın bir hissəsi olacaq. Bununla bağlı danışıqlarda razılıq əldə edilib.
Türkiyənin ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qatılacağı vaxt açıqlanmır. Kuk ABŞ və Türkiyə arasında sərhəd bölgəsində əməliyyatların aparılması məsələsinin hələ də müzakirə olunduğunu qeyd edib.
Samir