ABŞ prezidenti Barak Obama "Wikileaks" saytında dərc olunmuş məlumatla əlaqədar Yaponiya xalqından üzr istəyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Obama Yaponiya baş naziri Sindzo Abe ilə telefon danışığı zamanı üzrxahlıq edib. ABŞ prezidenti bu məsələnin Vaşinqton və Tokio arasında munasibətlərə təsir göstərməyəcəyinə inandığını deyib.
Qeyd edək ki, "Wikileaks"də yer alan məlumata görə, ABŞ xüsusi xidmət orqanları Yaponiyanın bir çox tanınmış siyasətçilərinə qarşı casusluq edib.
Samir