26 Avqust 2015 22:32
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kostroma vilayətində əsgər hərbi qulluqçulara atəş açıb. Hadisə nəticəsində bir zabit və iki əsgər ölüb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

İnsident bu gün Kostroma vilayətindəki hərbi düşərgənin qarovul məntəqəsində baş verib.

Məlumatda bildirilir ki, əsgər hərbçilərə avtomatdan atəş açıb. Hadisənin baş verməsi nəticəsində iki hərbçi yaralanıb. Atəş acan əsgər isə sonra özünü öldürüb.

İlkin ehtimallara görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Müdafiə Nazirliyinin xüsusi komissiyasının hərbi hissədə araşdırma apardığı bildirilir. Yaralı hərbçilər hospitala yerləşdirilib.


Müəllif:

Oxşar xəbərlər