29 May 2014 22:15
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putinin Ukraynaya səfəri nəzərdə tutulmayıb"


Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenkonun inaqurasiya mərasiminə qatılmayacaq.

Teleqraf.com bildirir ki, Putin Poroşenkonun iyunun 7-nə təyin edilən and içmə mərasiminə dəvət edilməyib.

"Mən bildiyim qədər, prezident inaqurasiyaya dəvət almayıb", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov əlavə edib ki, Vladimir Putinin iş qrafikində Ukraynaya səfər nəzərdə tutulmayıb./anspress/


Müəllif: