ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalisti güllələyən WDBJ telekanalının keçmiş əməkdaşı Vester Flenaqan xəstəxanada vəfat edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Virciniya ştatı administrasiyanın nümayəndəsi Brayan Moran bəyan edib.
Onun sözlərinə görə, V.Flenaqan yerli vaxtla saat 13:26-da vəfat edib.
İnsidenti şərh edən Ağ Evin mətbuat katibi Coş Ernest deyib ki, odlu silahdan istifadə ilə cinayətlər ABŞ-da adi hal alıb. O həmçinin, Konqresdə bu kimi cinayətlərin qarşını almaq üçün qanun layihələrinin olmadığını vurğulayıb.