27 Avqust 2015 01:43
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Zabaykalye vilayətində "Amar sayn" (buryat dilindən tərcümədə "Salam") Mahnı və Rəqs Teatrının direktoru Bazar Damdinov barəsində cinayət işi açılıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, eatr məmuru tabeliyində olan işçiyə çəkiclə xəsarət yetirməkdə suçlanır. Buna səbəb isə həmin işçinin maaşının azlığından şikayətlənməsi olub. Bundan qəzəblənən direktor kabinetində çəkiclə teatrın işçisinə iki zərbə endirib.

Hadisə ilə bağlı materiallar məhkəməyə göndərilib. Bazarov törətdiyi cinayətə görə 1 il islah işlərinə cəlb edilə bilər.

Nihad


Müəllif:

Oxşar xəbərlər