27 Avqust 2015 02:27
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Maykl Ratni Moskvaya səfər edəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentində bildiriblər.


Rusiyanın paytaxtında keçirilən görüşlərdə M.Ratni Suriya münaqişənin siyasi yolla nizamlanmasının mümkünlüyünü müzakirə edəcək.


Diplomat Moskvaya avqustun 28-də səfər edəcək. Bundan sonra isə Ər-Riyada yollanaraq Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşəcək. Həmçinin, M.Ratninin Cenevrədə BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura ilə görüşəcəyi planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər