Yəmənin Taiz şəhərində Ensarullah Hərəkəti (Husiler) ilə Xalq Müqavimət Qüvvələri (HDG) arasında toqquşmalar baş verib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 28 Husi və 8 milis həyatını itirib, 41-i üsyançı olmaqla 64 nəfər yaralanıb.
Bundan başqa Husilərin Taizə atdığı bomba nəticəsində 4 mülki vətəndaş həlak olub, 5-i isə xəsarət alıb.