27 Avqust 2015 12:40
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada keçmiş “qanuni oğru” güllələnib.

Publika.az “Praym.kraym” agentliyinə istinadən xəbər verir ki, 4 güllə yarası almış 25 yaşlı Maksim Françuzov (ləqəbi Fransız) Moskva şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində özünə gələn “Fransız” polislərin suallarına cavab verməyə çalışıb. Keçmiş “vor zakon” ona qarşı sui-qəsdi kimlərin etdiyini, kimin atəş açdığını bilmədiyini deyib.

Amma “oğru” dairələrindı sui-qəsdin təşkilatçısının gürcü “qanuni oğru” Kaxi Parpiliya olduğu deyilir.

Xatırladaq ki, Maksim Françuzov “qanuni oğru” adını 2013-cü ildə Smolensk həbsxanasında alıb. O Rusiyada ən gənc “qanuni oğru” sayılırdı.

Lakin sonradan əməlliyyatçılarla “söhbət” zamanı “Fransız” oğru ideyalarından əl çəkdiyini bəyan etmişdi.


Müəllif:

Oxşar xəbərlər