ABŞ-ın Virciniya ştatında dünən canlı yayım zamanı öldürülən jurnalist Elison Parkerin sevgilisi WDBJ telekanalının aparıcısı Kris Hurst Twitter hesabında hadisəni şərh edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bu hadisəni təsadüfi cinayət olaraq qiymətləndirib: "Bu terror hadisəsi ola bilməz. Nəsə yanlışlıq var. Biz Parkerlə 9 aydır ki bir yerdəyik. Evlənməyə hazırlaşırdıq və 24-cü ad gününü yeni qeyd etmişdik. O həyatımda gördüyüm ən parlaq qadın idi. Bunun baş verməsinə inana bilmirəm".
Qeyd edək ki, jurnalist Elison Parkeri və operatoru öldürən WDBJ telekanalının keçmiş əməkdaşı Vester Flenaqan hadisədən sonra intihar edib.
Samir