İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqın Ənbar vilayətinin Ramadi şəhərində intihar hücumu gerçəkləşdirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 7 nəfər ölüb, 10-u isə yaralanıb. Ölən və xəsarət alanların hamısı hərbçi olub.
Rəsmi məlumatlara görə, ölənlər arasında İraq ordusunun iki generalı da var.
Samir