Bir milyard dollar havaya sovruldu
Qondarma erməni soyqırımını dünyaya tanıtmağa çalışan erməni diasporu Afrikada məğlubiyyətə düçar olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ankaranın güclü və uğurlu lobbi fəaliyyəti nəticəsində Afrika ölkələri qondarma erməni soyqırımını tanımayıb.
Yayılan məlumatlara görə, erməni diasporunun bu məsələ ilə əlaqədar müttəfiq qüvvələrdən aldığı 1 milyard dollar heç bir fayda verməyib. Əksinə ayrılan vəsait erməni diasporu tərəfindən batırılıb.
Afrika ölkələri bu məsələdə Türkiyənin yanında olduğunu açıqlayıb. Bu işdə Ankaranın son 5 ildə apardığı siyasət də böyük rol oynayıb. Belə ki, Türkiyə Afrika ölkələrinə ən çox yardım edən ölkələr sırasında ilk yerdədir.
Ekspertlərin fikrincə, bu hadisə erməni diasporunu çətin vəziyyətdə qoyub.
Samir