30 May 2014 00:18
963

Bolqarıstan baş nazirinin sabiq müavini və sabiq daxili işlər naziri Tsvetan Tsvetanov dörd il müddətinə azadlıdan məhrum ediib.

Teleqraf.com-un xəbərinə görə, o, cəzasını ciddi məhdudiyyətlərin olmadığı ümumi rejimli həbsxanada çəkəcək. Bundan əlavə, Tsvetanov beş il ərzində vəzifə tuta bilməz.

Sabiq daxili işlər naziri dinləmə qalmaqalı ilə əlaədar deputat toxunulmazlığından imtina edib.

Onun məhkum edilməsinə səbəb isə məhkəmə qərarı olmasına baxmayaraq, izləmək üçün xüsusi avadanlıqlardan - video aparatlar, telefon danışıqlarına nəzarət sistemlərindən istifadədən imtina etməsidir. Məhkəmə hesab edir ki, bununla da Tsvetanov səlahiyyətlərini aşıb və ictimai təhlükəli cinayət əməli törədib. Eyni zamanda o, hakimiyyətin bölünməsi prinsipini rədd edib.

Hadisəni araşdıran prokurorluq ona üç il şərti cəza verilməsində israr edib. Buna görə də Sofiya Şəhər Məhkəməsinin qərarından şikayət edilə bilər.

Fidan


Müəllif: