29 Avqust 2015 12:00
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq şam İslam Dövləti (İŞİD) terror təşkilatına sadiqlik andı içən "Lazika İslam Əmirliyi"nin lideri Cumali Mil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğana evlənmə təklifi edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, alman əsilli və əsl adı Rize Ardeşen olan 34 yaşlı terrorçu yaydığı məlumatda niyyətinin ciddi olduğunu deyib: "İlk dəfə Süməyya xanıma şifahi təklifimi göndərdim. Cavab gəlməyincə, yazılı bəyanat verdim. İndi isə canlı olaraq, evlənmə təklifimi edirəm. Bu, cinayət deyil. Təklifimi qəbul etməzsə, çox təəssüflənəcəm. Bu zaman Səudiyyə Ərəbistanından olan şahzadə ilə ailə qurmağı fikirləşirəm".

Samir


Müəllif:

Oxşar xəbərlər