Rusiya prezidenti Vladimir Putin ABŞ-a səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin sentyabrın 15-də Vaşinqtona yola düşəcək və burada keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak edəcək. Rusiya prezidenti axrıncı dəfə ABŞ-a 8 il əvvəl səfər edb.
Putinin burada keçirəcəyi görüşlərlə bağlı heç bir məlumat verilmir. Rus liderini ABŞ-a səfər zamanı xarici işlər Naziri Sergey Lavrov, xarici işlər nazirinin müavini Gennadiy Qatilov, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə sədri Aleksey Puşkov, prezidentin köməkçisi Yuri Uşakov, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və Federasiya Şurasının beynəlxalq işlər üzrə təmsilçisi Konstantin Kosaçev müşayət edəcək.
Qeyd edək ki, Yuri Uşakovun Ukrayna böhranı ilə əlaqədar Vaşinqtonun tətbiq etdiyi sanksiyalara görə ABŞ-a girişi qadağan olunub.
Samir