Hindistanda evli qadınla qaçan oğlan tapılmayınca,cəza olaraq bacılarına təcavüz edilməsi qərarı verilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Ravinin ailəli qadınla qaçmasıyla başlayıb. Qaçdığı qadın Hindistanın zadəgan ailələrindən olduğu üçün dərhal ağsaqqallar şurası toplanıb. Ravinin cəzasını rəsmi olmayan ağsaqqallar məhkəməsi verib.
Verilən cəzaya əsasən, Ravinin iki bacısına da təcavüz edilməlidir.
Xəbəri eşidən ailə hər nə qədər çalışsa da, qərara qarşı çıxa bilməyib. Digər tərəfdən, onlar Ravinin tapılacağı təqdirdə öldürüləcəyindən qorxur.
Ailə qorunmaq üçün məhkəməyə müraciət edib.
Rüstəm