30 Avqust 2015 14:21
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya hakimiyyəti ölkənin Şimali Sulavesi əyalətində Manado inzibati mərkəzindən təqribən 1,6 min km aralıda yerləşən Lokon vulkanının fəallaşması ilə əlaqədar hava limanının işini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Antara" agentliyi məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, vulkan ötən gecədən havaya kül atmağa başlayıb. Hava limanı bu gün ərzində bağlı olacaq, lakin uçuşların bərpası ilə bağlı yekun qərar metroloji vəziyyət nəzərə alınaraq qəbul olunacaq.


Müəllif:

Oxşar xəbərlər