30 Avqust 2015 16:55
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Sömbeki adası yaxınlığında sərhəd xidməti işçiləri ilə insan qaçaqçıları arasında atışma baş verib.

Musavat.com-un məlumatına görə, atışma zamanı bir mühacir vurularaq öldürülüb. Ölən mühacirin 17 yaşında olduğu bildirilir. Hadisə barədə Almaniyanın “Die Zeit” qəzetində xəbər yer alıb.

Xəbərdə qeyd edilir ki, yunan sərhədçiləri 70 mühacir aparan gəmini tutmaq istəyib. Bu vaxt gəmidə olan insan qaçaqçıları onlara atəş açmağa başlayıb. Həmçinin qeyd olunub ki, atışmadan sonra 3 türk insan qaçaqçısı tutulub.


Müəllif:

Oxşar xəbərlər