31 Avqust 2015 12:00
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaziantep vilayətində ər ölən xanımını söyən yeznəsi, onun iki oğlunu öldürüb, daha iki nəfəri isə yaralayıb.

Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla 23.30 radələrində baş verib. Məlumata görə, Fikrət A. ilə yeznəsi Əhməd Hocaoğlunun uşaqları arasında dava düşüb. Daha sonra mübahisəyə uşaqların ataları Fikrət A. ilə yeznəsi Əhməd.H. qarışıb. Hər iki tərəf öz uşaqlarının haqlı olduğunu söyləyərək, mübahisə edib. Bu zaman Əhməd Hocaoğlunun uşaqlarından biri dayısı Fikrətin ölmüş xanımını söyüb. Buna əsəbləşən Fikrət evdən tapançasını götürərək yeznəsi Əhməd Hocaoğlu ilə onun oğullarına atəş açmağa başlayıb.

Açılan atəş nəticəsində 59 yaşlı Əhməd Hocaoğlu ilə oğulları 37 yaşlı Cövdət, 27 yaşlı Fikrət, 38 yaşlı Şahin və 15 yaşlı Oqtaya güllə dəyib. Yaralılar məhəllə sakinləri tərəfindən xəstəxanalara çatdırılıb. Həkimlərin cəhdlərinə baxmayaraq, Əhməd Hocaoğlu ilə oğulları Cövdət və Fikrəti xilas etmək mümkün olmayıb.

Reanimasiyaya yerləşdirilən Oqtay və Şahin Hocaoğlunun vəziyyəti olduqca kritikdir.

Polislər həyatını itirən ata ilə 2 oğlunun cəsədlərini tibbi ekspertizaya göndərib.

Fikrət A. isə özü polisə təslim olub.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər