Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer istintaqa cəlb edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verr ki, o, Liviyanın devrilmiş lideri Müəmmər Qəddafini gizli yolla xlas etməyə çalışmaqda ittiham olunur. Məlumata görə, Bleyer müxtəlif vaxtlarda Qəddafiyə qarşı cinayət işinin açılmaması üçün gizli danışıqlar aparıb.
Sözügedən iddialar sentyabrın 10-da dərc ediləcək və İngiltərənin hazırki baş naziri Devid Kemerona aid olan "Kameron at 10" adlı kitabda yer alıb. Kitabda bildirilir ki, iddialar Kemeronun ofisində axtarış aparılan zaman tapılan sənədlərə əsasən irəli sürülüb.
Hakimiyyətdəki Mühafizəkarlar Partiyasının deputatlarından olan Daniel Kavkzunski məsələ ilə bağlı verdiyi bəyanatda Bleyeri «çirkli və məsuliyyətsiz yanaşma» nümayiş etdirməklə günahlandırıb. o, keçmiş baş nazirin dərhal dindirilməsini tələb edib.
Samir