1 Sentyabr 2015 01:08
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada qəzəbli kütlə ermənini döyərək öldürüb. ANS PRESS-in məlumatına görə, hadisə dünən gecə olub. Kənd əhalisi həmin gecə bayram qeyd edirdi. 22 yaşlı erməni Rafael Xalqatyan və onun 45 yaşlı atası Sergey Xalqatyan da onların arasında olub.

Tədbirdə hər kəs əylənərkən həddən artıq spritli içki içmiş Rafael özünün "Ford Focus" markalı avtombilinə oturub. Dərhal sonra atası da maşına əyləşib. Sükan arxasında olan Rafael maşını işə salan kimi idarəetməni itirib və kənarda park edilmiş avtomobillərə çırpılıb. İnsanlardan xəsarət alan olmasa da 5 maşına ciddi zərər dəyib.

Rafael Xalqatyanın bacısı Edita Mitinanın sözlərinə görə, maşın dayanan kimi qəzəblənmiş insanlar Rafaeli zorla maşından çıxarıb və döyməyə başlayıb. Nəticədə bir qız atası Rafael Xalqatyan aldığı zərbələrdən ölüb.


Müəllif:

Oxşar xəbərlər