Ukraynanın paytaxtı Kiyevdə yerli telekanallardan birinin jurnalistlərinə canlı yayım zamanı hücum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, "News One" telekanalının qadın müxbiri Kiyevdə baş verənlər barədə reportaj hazırlamaq üçün mərkəzi meydanlardan birinə gəlib. Bu zaman müxbir və operatoru çoxlu sayda insan əhatəyə alıb.
Nümayişçilərdən biri yurnalistləri Lifenews" telekanalının əməkdaşı bilib və qəfildən onlardan birinin əlindəki mikrofonu götürüb. Jurnalistin şəxsiyyət vəsiqəsini göstərməsi də ona kömək etməyib. Yaxınlıqdakı polis də hadisəyə heç bir reaksiya verməyib
Ukraynalı olduğunu sübut edə bilməyəcəyini anlayan jurnalist hadisə yerindən uzaqlaşıb.
Samir