Suriyanın Lazike şəhərində bomba yüklü maşınla partlayış törədilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 10 nəfər ölüb, 25-i isə yaralanıb. Ölənlərin dinc sakin olduğu açıqlanıb.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Samir