2 Sentyabr 2015 23:15
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

1974-1982-ci illər ərzində Almaniyanın kanslerı olmuş Helmut Şmidt Hamburq şəhərinin “Müqəddəs Georq” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb personalı 96 yaşlı sabiq kanslerə sağ ayaq damarlarının kəskin tixanması diaqnozunu qoyublar. H.Şmidtin şəxsi həkiminin sözlərinə görə, vəziyyət çox ciddidir və laxtalanma damarların əksər hissəsini əhatə edir.

Xəstəxana həkimləri ayaqda qan dövranını hərəkətə gətirmək baxımından əməliyyat haqda son qərarı şənbə günü verəcəklər. Bu da nəticə verməzsə, onda sabiq kansleri amputasiya gözləyir.

Məlum olub ki, hələ avqust ayinda ürəktutma ilə xəstəxanaya çatdırılan eks-kanslerə sonradan orqanizmində maye çatışmazlığı diaqnozu qoyulub.


Müəllif:

Oxşar xəbərlər