3 Sentyabr 2015 01:10
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəş sisteminin ən kiçik planetlərindən birinə “Tacikistan” adı verilib. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

Müvafiq qərar Tacikistan alimlərinin göy cisimlərinin öyrənilməsinə verdiyi töhfəyə görə Beynəlxalq Astrofiziklər Cəmiyyəti tərəfindən qəbul edilib.

Tacik alimlər bildiriblər ki, ən kiçik planet olan “Tacikistan” Mars və Yupiter planetləri arasında Yerdən 250, Günəşdən 463 milyon kilometr uzaqlıqda yerləşir. Planetin Günəş ətrafında dövretmə tezliyi 5 ildə 1 dəfədir.


Müəllif:

Oxşar xəbərlər