Separatçılardan Ukrayna milyarderlərinə zərbə. Ukraynadakı məlum hadisələrdən sonra bu ölkənin milyarderləri 13 milyard dollar itiriblər.
Teleqraf.com bildirir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, itkinin əsas səbəbi xarici bazarlarda yaranmış pis vəziyyət və ölkə iqtisadiyyatına zərbə vuran daxildəki siyasi böhrandır.
“Burada da əsas zərbə bank sektoruna dəydi. Depozitlərin Krım, Xarkov, Luqansk və Donetskdə sürətlə çıxarılması müşahidə olundu. Ən ciddi böhran isə dolların bahalaşması oldu”, - deyə jurnal yazıb.
ARTA analitik departamentinin rəhbəri Vadim Yankovski bunun bank sektoruna 10 milyard qriven ziyan vurduğunu deyib.
Bank sektoru mütəxəssislərinin sözlərinə görə, aprelin ortalarından başlayaraq depozitlərin bütün Ukrayna ərazisindən çıxarılması dayansa da, vəziyyətin hələ də gərgin olduğu Luqansk və Donetsk vilayətlərində bu hal müşahidə olunmur. /axar/