Yəmən paytaxtı Sənada əl-Müəyyəd məscidinə intihar hücumu həyata keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 20 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb. Hadisə nəticəsində məscid tamamilə dağıdılıb.
Hücuma görə əsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı öz üzərinə götürüb.
Samir