ABŞ hərbçiləri Corciya ştatındakı “Kinqs-Bey” hərbi-dəniz bazası yaxınlığında Rusiyaya məxsus sualtı kəşfiyyat qayığı aşkarlayıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Fox News məlumat yayıb.
Məlumata görə, amerikalı hərbçilər sualtı qayığı Atlantik okeanın şimal hissəsində xeyli əvvəl aşkarlayaraq, onun bütün hərəkətlərini izləyiblər.
Qayığın hazırda Kuba adası istiqamətində ABŞ sahillərindən 300 mil (482 km) aralıda hərəkət etdiyi bildirilir.