4 Sentyabr 2015 11:56
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərində Nurol inşaat şirkətində çalışan və bir neçə gün öncə qaçırılan 18 türk işçi ilə bağlı yeni məlumatlar əldə edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraqın baş naziri Heydər əl-İbadi açıqlama verib. Onun sözlərinə görə, sonuncu dəfə işçiləri Bağdaddan 35 kilometr aralıda görüblər. İbadi qeyd edib ki, işçilər qarşılığında hər hansı fidyə istənilməyib.

Hazırda onların kim tərəfindən qaçırıldığı və hara aparılması ilə bağlı araşdırmalar davam etdirilir.

Samir


Müəllif:

Oxşar xəbərlər