4 Sentyabr 2015 12:35
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-lı terrorçularının Mardində qurduqları tələ nəticəsində 4 türk polisi şəhid olub.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, terrorçular tikintisi davam edən məktəbdə yanğın törədiblər. Hadisə yerinə gələn polislər isə yola qabaqcadan yerləşdirilmiş minaya düşüblər. Nəticədə 4 polis şəhid olub.

Şəhid olan polislərdən biri Akif Hatunoğlunun cibindən vəsiyyətnamə çıxıb. Vəsiyyətnamədə Akif Hatunoğlu, Tekir yaylasındakı ata evinin bağçasında dəfn olunmasını istədiyini qeyd edib. O, həmçinin "Əgər bir gün yad əllərdə şəhid olsam, heç bir hökumət nümayəndəsi dəfinimə gəlməsin (icra nümayəndəsi, millət vəkili, nazir, baş nazir, prezident və s). Səbəbini soruşmayın. Çünki onlar yatdığı üçün bu qədər şəhidlər veririk" yazıb.

Qeyd edək ki, xanımı hamilə olan şəhid Akif Hatunoğlunun Səbiha adlı bir yaş yarımlıq qızı var.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər