“Hazırkı neft qiymətlərində dramatik bir şey görmürük. Birja dəyişikliyi gözlənilməz olmayıb”.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiya neftin bu qiymətə qədər enməsinə tam hazır idi.
Putin Rusiya neft və qaz şirkətlərinin rəqabət qabiliyyətini və səmərəliliyini artıraraq, yeni bazarlara çıxacağına əmin olduğunu deyib. O bildirib ki, enerji ehtiyatlarının qiymətlərində dəyişkənlik ilk növbədə dünya iqtisadiyyatında, xüsusən də Asiya bazarlarında baş verən proseslərdən asılıdır.
Qeyd edək ki, son günlər ərzində dünya bazarında Brent markalı neftin qiyməti 50 dollar olub. WTI markalı neftin bir bareli 46 dollara satılıb.
Samir