ABŞ-ın Missuri ştatının St.Luis şəhərində 11 yaşlı uşaq 16 yaşlı yeniyetməni başından atəş açaraq, öldürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı oğlan evə zorla girmək istəyib. Bu zaman evdə olan 11 yaşlı uşaq kiçik qardaşını qorumaq üçün çağırılmamış qonağa atəş açıb.
Hadisə zamanı uşaqların evdə niyə tək olduğu və azyaşlının silahı necə əldə etdiyi araşdırılır.
Samir