Türkiyə polisi Atatürk hava limanında təhlükəsizlik işçiləri ilə mübahisə edən ABŞ vətəndaşı, afroamerikalı Trasey Linn Braunun ölümünə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə 2013-cü ildə baş verib. Baş vermiş olayın görüntüləri isə məhkəmə əsnasında ortaya çıxıb. Görüntülərdə qadının təhlükəsizlik işçilərinin otağına girdiyi və mühafizəçilərdən biri ilə mübahisə etdiyi əks olunub. Daha sonra əsəbinə hakim ola bilməyən qadın aeroport işçisinə hücum edib. Bu zaman ətrafdakı mühafizəçilərin köməyi ilə qadın yerə uzadılı və əlləri qandallanıb.
Yayılan məlumatlara görə, qadının həddindən artıq müddətdə yerdə uzanıqlı vəziyyətdə qalması və polislərdən birinin onu yerdə saxlamaq üçün dizini kürəyinə sıxması Braunun ölümünə səbəb olub.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir