4 Sentyabr 2015 20:36
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Türkiyədə yerləşən amerikalı diplomat və hərbçilərinə İslam Dövləti qruplaşmasına qarşı əməliyyatların fəallaşması fonunda ölkəni tərk etməyi tövsiyə edib.

Pentaqonun nümayəndəsi Peter Cook bildirib ki, İncirlik hərbi bazarının yaxınlığındakı Adana şəhəri ətrafında məskunlaşmış 900 nəfərin könüllü təxliyə olunması məsələsi müzakirə olunur.

O qeyd edib ki, ölkəni tərk etmək qərarı hər hansı bir insidentlə bağlı deyil, bu yalnız təhlükəsizlik tədbiridir.

Keçən ay, Türkiyə uzun danışıqlardan sonra ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın təyyarələrinə İslam Dövlətinin döyüşçülərinə qarşı mübarizədə iki aviabazasından istifadə etməyə razılaşmışdı.

Sonradan qəbul olunmuş razılaşmaya görə, Türkiyə hərbi aviabazasının beynəlxalq koalisiyanın tərkibində hava zərbələrində iştirak edə bilər.


Müəllif:

Oxşar xəbərlər