Rusiya prezidenti Vladimir Putin ölkənin idman naziri və Rusiya Futbol Federasiyasının (RFS) prezidenti Vitali Mutkoya futbolda legionerlərə qoyulan limiti sərtləşdirməyi tapşırıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə RFS-nin prezidenti deyib.
Qeyd edək ki, Rusiya premyer-liqasında İdman Nazirliyinin qərarı ilə mövsümün əvvəlində “6+5” limiti qəbul edilib. Yəni, meydanda bir komandanın heyətində ən çox altı əcnəbi ola bilər.