5 Sentyabr 2015 22:49
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ən prestijli hərbi məktəblərdən sayılan West Point tələbələri məzuniyyətlərini qeyd edərkən yastıq savaşında 30 nəfər yaralanıb.

Amerika mətbuatında yer alan xəbərdə yaralılardan 24-ü yastıqların içinə yerləşdirilən sərt cisimlərdən aldıqları zərbələrə görə huşlarını itirib.

Musavat.com xəbər verir ki, məzunların birinin ayağı sınıb. Bəzilərinin isə çiyni çıxıb. West Point idarəsi yaralıların vəziyyətinin ciddi olmadığını bildirib.

West Point sözcüsü Kristofer Kasker Akademiyanın məzunlarının birlik ruhu yaratmaqlarını alqışladığını lakin yaralıların olmasından təəssüf hissi keçirtdiyini bildirib.

Kasker hadisənin nədən baş verdiyini araşdırdıqlarını ifadə edib. Məzunlara hər hansı bir cəza verməyəcəklərini bildirən Kasker 1897-ci ildən bu yana adət halını alan yastıq savaşına qadağa qoyulmayacağını da söyləyib.


Müəllif:

Oxşar xəbərlər