Moskva şəhərinin 868 illiyi qeyd edilir. Bayram tədbirləri Qızıl Meydanda başlanıb. Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev və Moskvanın meri Sergey Sobyanin mərasimdə çıxış ediblər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu fəxri qonaqlar arasında olub.
Bayramın təşkilatçılarının moskvalılar və Rusiya paytaxtının qonaqları üçün hazırladıqları maraqlı proqrama dünya miqyaslı rok ulduzlarından ibarət “Aerosmit” qrupunun çıxışı, müxtəlif tamaşalar, ustad dərsləri, sərgilər, velomarafon, festivallar, möhtəşəm atəşfəşanlıq daxildir.
Moskvanın küçələrində hava şarları paylanır. Bu şarların üzərinə hər kəs şəhərə ünvanlanmış arzularını yaza bilər. İlk yaylım atəşləri açılanda bu şarlar səmaya buraxılacaq.
Bayram tədbirləri möhtəşəm Moskvanın bütün dairələrində eyni vaxtda – saat 22:30-da başlanacaq və atəşfəşanlıqla başa çatacaq.