6 Sentyabr 2015 01:37
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığı zamanı Suriyadakı vəziyyətlə bağlı öz narahatlığını ifadə edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Kerri Lavrovla Rusiyanın Suriyada hərbi iştirakının gücləndirilməsinə dair mətbuatda yayılan xəbərləri müzakirə edib.

Kerrinin sözlərinə görə, əgər bu xəbərlər həqiqətə uyğundursa, onda bu cür addımlar Suriyada gərginliyin artmasına səbəb ola bilər.

Qeyd edək ki “The Telegraph” nəşri bundan əvvəl mənbələrinə istinadən yaydığı məlumatda Rusiyanın Suriyada hərbi baza açmaq niyyətində olduğunu bildirib.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Amerikanın təşşəbbüsü ilə telefon danışığı baş tutub.


Müəllif:

Oxşar xəbərlər