6 Sentyabr 2015 11:59
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə müxaliflər arasında şiddətli toqquşmalar baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı ən azı 80 nəfər həyatını itirib. Onlardan 35-i müxalifət tərəfdarları olub.

Rəsmi məlumatlara görə, 8 terrorçu isə sağ ələ keçirilib. Toqquşmalar zamanı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri də müxaliflərə havadan dəstək verib.

Samir


Müəllif:

Oxşar xəbərlər