6 Sentyabr 2015 12:40
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 sentyabr hadisələrindən sonra dünyada terror təhlükəsi artdı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu G-20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin görüşündə deyib.

O, Türkiyənin terrordan iqtisadi cəhətdən çox ziyan çəkdiyini bildirib: “11 Sentyabr hadisələrindən sonra dünyada terror təhlükəsi artdı. Bu gün bu, dünyanın əsas gündəm məsələsidir. Biz Türkiyə olaraq, terrorun yaratdığı gərginliyi çox yaxından hiss edirik. Türkiyənin ətrafındakı ən azı 6-7 dövlətdə mərkəzi hökumətlər ölkələrini idarə edə bilməyəcək vəziyyətdədir. Bu isə bizim ixracatımıza təsir edir. Bu ölkələrə Suriya, İraq, Ukrayna, Yəmən və Liviyanı göstərə bilərik”.


Müəllif:

Oxşar xəbərlər