Moldovanın paytaxtı Kişinyov şəhərində on minlərlə insan nümayiş keçirib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, etirazçılar ölkə prezidentinin istefasını və 2016-cı ilin mart ayından gec olmayaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib.
Təşkilatçıların bildirdiyinə görə, nümayişin keçirildiyi meydana 100 mindən çox insan toplaşıb.
Nümayişin keçirildiyi ərazidə polis bölmələri və xüsusi təyinatlılar dayanıb.
Samir