7 Sentyabr 2015 11:38
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin paytaxtı Stokholmda 15 min insan miqrantlara dəstək nümayişi keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər bəzi Avropa ölkələrinin miqrantlarla bağlı siyasətini tənqid edib.

Onlar “Aylanlar ölməsin”, “Qaçqınları deportasiya etməyin”, “Avropaya daxil olmalarının qarşısını almayın” şüarlarını sǝslǝndiriblər.

İsveç baş naziri Stefan Lofven də nümayişçilərə dəstək verdiyini bildirib. O, Avropa ölkələrini miqrantlarla bağlı siyasətini dəyişməyə çağırıb.

Qeyd edək ki, 2 yaşlı Aylan sentyabrın 4-də Bodrumda suriyalı miqrantların olduğu gəminin batması nəticəsində həyatını itirib. Onunla yanaşı anası, 27 yaşlı Zahin Kurdi və qardaşı, 3 yaşlı Qalib Kurdi də qəzada ölüb.

Samir


Müəllif: