Hindistanın cənub-şərqində indiyə qədər görülməmiş sayda ildırım çaxıb. Bir gün ərzində bu regionda ildırım vurmasından azı 20 nəfər həlak olub.
Hindistanın Krişna, Qantar, Şərqi Qodvari, Prakasam və Nellor rayonlarında çaxan ildırımların vurduğu insanların əksəriyyəti əkinçiliklə məşğul olan kəndlilərdir.
Kriket yarışmasında isə əraziyə eyni vaxtda bir neçə ildırım düşüb və stadionda yanğın başlayıb. Bu zaman meydançada olan qadınlardan ibarət iki komandanın üzvləri qaçaraq canlarını güclə qurtarıblar.
Hökumət həyatını itirən bütün insanların ailəsinə kompensasiya veriləcəyini bildirib.