8 Sentyabr 2015 11:12
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakkaridəki terror hücumlarına etiraz edən qrup Pirimehmet məhəlləsindəki 4 mərtəbəli binanın üst qatında yerləşən Xalq Demokratlar Partiyasının (HDP) qərargahına od vurub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yanğın zamanı binaya ciddi ziyan dəyib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Polis hadisə yerində təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, Hakkaridəki məlum hücum zamanı 16 əsgər şəhid olub, 6-sı isə yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər