Neft və maliyyə sektorunda İrana qarşı tətbiq edilən sanksiyalar 2016-cı ilin ilk üç ay ərzində ləğv edilə bilər.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu müddətə qədər isə Vyanada yerləşən Atom Enerjisi üzrə Beynəxalq Agentlik İranın nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəliklərini nə dərəcədə yerinə yetirməsini dəyərləndirəcək.
Qeyd edək ki, "altılıq" ölkələri ilə İran arasında nüvə razılaşması iyulun 14-də əldə edilib.
Samir