8 Sentyabr 2015 15:34
3 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə itkin düşdüyü ehtimal edilən Türkiyə ordusunun 12 xüsusi təyinatlı əsgəri geri dönüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, geri döndükləri zaman isə onların “itkin düşməsinin” səbəbi aydınlaşıb.

Dindirilmə zamanı geri dönmək əmrini eşitməmək üçün əsgərlərin rabitə vasitələrini söndürdükləri və terrorçularla döyüşə girdikləri məlum olub. Döyüşlər zamanı 73 terrorçu öldürülüb, 25-i sağ ələ keçirilib. Onlar yağışlı və dumanlı havaya baxmayaraq, düşməndən intiqam almaq üçün bu addımı atdıqlarını deyib.

Türkiyəli əsgərlər arasında ölən və ya xəsarət alan olmayıb.

Samir


Müəllif: