ABŞ İŞİD terror qruplaşmasının silahlıları ilə mübarizədə istənilən köməyi alqışlayır. Musavat.com-un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.
“Biz Suriyadakı situasiyanı izləyirik”, - deyə o, Rusiya hərbi qulluqçularının Suriyada İŞİD-çilərə qarşı mübarizədə iştirakı barədə yayılan xəbərləri şərh edərkən deyib.
Pentaqon rəsmisi onu da əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi Suriyadakı vəziyyətdən narahatdır.
Qeyd edək ki, Rusiya Bəşər Əsəd rejimini müdafiə edən əsas ölkələrdəndir. Az öncə rusiyalı hərbi qulluqçulardan ibarət kontingentin gizli şəkildə Suriyaya göndərildiyi haqda məlumatlar yayılmış, bir qədər sonra isə rəsmi Moskva faktı təsdiqləməli olmuşdu.